Maraqlı

"Google"dan Çin internet mağazasına 550 milyon dollar

21 İyun 2018 20:15
0 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Google" şirkəti Çinin "JD.com" internet mağazasına 550 milyon dollar vəsait yatıracaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət "JD.com"un 27 milyon ədəddən çox A kateqoriyalı yeni buraxılmış adi səhmlərini əldə edəcək.
 
Hər iki şirkətdən bildiriblər ki, pərakəndə ticarət infrastrukturunun inkişafı üzərində birgə işləyəcəklər. "Bu tərəfdaşlıq bütün dünya üzrə istehlakçılara yüksək səviyyəli pərakəndə şoppinq üçün geniş imkanlar açır. Anlaşma dünya riteylinin müasirləşdirilməsi yolunda vacib addımdır", deyə "JD.com"un strateji məsələlər üzrə direktoru Tszyanven Lyao söyləyib.
 
"Google"un Çinin online ticarət platformasına yatırımdan əldə edəcəyi fayda Asiya bazarlarında təsirini daha da möhkəmləndirməkdən ibarət olacaq. Həmçinin, bu addım hazırda "Amazon"un söz sahibi olduğu ABŞ-ın internet ticarəti bazarında dəyişikliklərə gətirib çıxaracaq.
 
"JD.com" 1998-ci ildə yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.