Maraqlı

"Tesla"da casus qalmaqalı: Mask əməkdaşlarına məktub yazdı

19 İyun 2018 23:05
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tesla" şirkəti casus qalmaqalı ilə çalxalanır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, karyera pilləsində yüksəliş xahişi rədd olunan şirkət əməkdaşı istehsal sistemi barədə məlumatları üçüncü şəxslərə ötürməkdə ittiham olunur.

Qalmaqal barədə "Tesla"nın rəhbəri və qurucusu Elon Maskın şirkət əməkdaşlarına elektron məktubunda məlumat verilib. Mask adı çəkilməyən əməkdaşın hərəkətini "sabotaj" kimi qiymətləndirib, "Tesla"ya dəyən zərərin isə kifayət qədər böyük olduğunu vurğulayıb.

Hazırda "Tesla" həmin əməkdaşın tək hərəkət edib-etmədiyini aydınlaşdırır. Mask "şirkətimizin ölümünü arzulayan şirkətlərin" siyahısının uzun olduğunu yazıb. Onlara misal olaraq elektrokar istehsalının inkişafını istəməyən investorları və neft şirkətlərini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.