Maraqlı

İstidə ürəyi qorumaq üçün ən yaxşı 7 məhsul

19 İyun 2018 22:36
0 Şərh     Baxış: 5 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsti havada ürək-damar sistemi daha gərgin şəraitdə işləyir ki, nəticədə ürək tutmasının, infarkt və insultun riski artır.

İstinin ürəyə olan mənfi təsirini azaltmaq üçün pəhrizdə müəyyən dəyişikliklər etmək lazımdır. İlk növbədə yağlı, qəzardılmış, hisə verilmiş, ədviyyatlı qidalardan imtina edin. Qidalanmada meyvə, tərəvəz və göyərtilərin miqdarını artırır. Buna əks-göstərişlər yoxdursa, daha çox adi təmiz su için.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bəzi məhsullar isti havada ürəyə düşən gərginliyi azaltmağa kömək edir. Saglamolun.az xarici KİV-lərə istinadla sizə bu məhsulları təqdim edir:

- Pomidor. Ürək və damarlar üçün çox faydalı likopinlə zəngin olan pomidor ürək hüceyrələrini qoruyur, damarlada trombların əmələ gəlməsinin riskini azaldır.

- Cəfəri. Bu göyərti də damarlarda trombların əmələ gəlməsinin riskini azaltmaq xüsusiyyətə malikdir.

- Qara və qırmız üzüm. Ürək-damar sistemi üçün ən faydalı məhsullardan biridir - sərbəst radikalların təsirini azaldır, damarların sağlamlığını qoruyur.

- Moruq. Qanı duruldur, kapilyarları möhkəmləndirir.

- Balıq. Damarlarda iltihabı azaldır, aterosklerozun inkişafını ləngidir.

- Süd məhsullar. Təzyiqi tənzimləyir, ürək üçün faydalıdır.

- Banan. Kalium və maqnezumla zəngin olan banan təzyiqi tənzimləyir, ödemləri azaldır, ürəyin fəaliyyətini yüngülləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.