Maraqlı

Ana bətnindəki körpələr üzərində MARAQLI ARAŞDIRMA

20 İyun 2018 07:07
0 Şərh     Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Markesa İnstitutundan olan ispan alimlərin maraqlı araşdırması nəticəsində məlum olub ki, yer üzündə ilk dil məhz musiqi olub.

Milli.Az xəbər verir ki, bir qrup ispan alimi hamiləliyin 18-38 həftələri arasında olan qadınların iştirakı ilə maraqlı araşdırma aparıb. Araşdırmada iştirak edən qadınların bətnində olan körpələrə göbəkboşluğundan müxtəlif janrda musiqilər fərqlkiaranjemanda dinlədilib. Təxminən 15 müxtəlif üslubda musiqi dinlədildikdən sonra yalnız bir janrda səslənən musiqilərə 300-dən çox rüşeym reaksiya verib.

Alimlər bu həftələr arasında ana bətnində olan körpələrin klassik musiqiyə kəskin reaksiya verdiklərini deyiblər:

"Araşdırma zamanı müxtəlif janrlarda fərqli musiqilər dinlətdik. Yalnız klassik janra reaksiya ala bildik. Xüsusilə Mozart, Bax və Betxoven musiqilərinə aktiv reaksiya təsbit etsək də, Adel, Şakiranın ifalarına da tərpənişlər sezdik".

Alimlər iddia edir ki, rüşeymlərin bu kimi hərəkətləri hamiləliyin bu aylarında çox nadir hallarda müşahidə olunur. Onların dediklərinə görə, tədqiqat sübut edir ki, musiqinin sayəsində yaranan nevroloji stimulyasiya beyinin dil və kommunikasiyayla bağlı müxtəlif zonalarında aktivləşmələrə səbəb olur.

"Mən hər zaman demişəm ki, yer üzündə ilk dil danışıq dili deyil, musiqi dili olub. Bu tətqiqatın nəticəsi bunu bir daha sübut etdi ki, hələ də ilk ünsiyyət forması musiqi dili olaraq qalıb. Ana bətnində olan körpə musiqi vasitəsilə bizim onunla ünsiyyət qurmaq istədiyimizi anladı və bizə reaksiya verdi. Biz daha yüksək səslə danışmağa çalışsaq da, onlar informasiyanı daha tez qəbul edə bilməzlər. Onların ilkin olaraq hissiyyatları formalaşır. Bu isə musiqi vasitəsilə ötürülə bilir" - deyə araşdırmanın müəlliflərindən olan doktor Mairsa Lopes Teyxon bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.