Maraqlı

Azərbaycanda ən çox axtarılan musiqilər - VİDEO

16 İyun 2018 12:50
0 Şərh     Baxış: 5 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər gün dünyada yüzlərlə yeni musiqi parçası yayımlanır. Amma onlardan bəziləri hər kəs tərəfindən bəyənilir və trend olur.

Milli.Az sizi Azərbaycandan Shazam musiqi platformasında 10 ən çox axtarılan parça ilə tanış edir:

1. Orange Blossom - Ya Sidi

Ölkəmizdə maraqla izlənən "Çukur" serialı sezon finalında səslənən "Ya Sidi" parçası ən çox axtarılan parça olub.

2. Nicky Jam x J. Balvin - X

İkinci yerdə amerikan musiqiçi Nicki Cem və kolumbiyalı J.Balvinin ortaq çalışması qərarlaşıb.

3. HammAli & Navai - Пустите меня на танцпол

Rusiyada yaşayan və məşhurlaşan azərbaycanlı musiqiçilər Aleksandr Əliyev(HammAli) və Nəvai Bəkirovun (Navai) "Пустите меня на танцпол" parçası ən çox axtarılan 3-cü musiqidir.

4. Umut Timur ft MRC - Vermedin

Türkiyəli pop musiqiçi Umut Timur və Fransız reper MRC-nin ortaq parçası Türkiyədə olduğu kimi ölkəmizdə də böyük marağa səbəb olub və 4-cu yerdə qərarlaşacaq qədər çox axtarılıb.

5. Arabia - Arabian Trap

5-ci yerdə "Arabian Trap" adlanan parça qərarlaşıb.

6. FG - Neshooni

FG adlı musiqi prodüserinin "Neshooni" adlı parçası fars musiqisindən remiksdir və Top-10-da 6-cı yerin sahibidir.

7. Post Malone - Rockstar (Ilkay Sencan remix)

Amerikan rap ifaçısı Post Malonun trend olan "Rockstar" parçasına yeni nəfəs qatan türk dicey İlkan Sencan ölkəmizdəki musiqi dinləyicilərin qulaqlarından yayınmayıb.

8. ESH - Itchy Booty

Mavrikidən olan Hireş Sotruxan(ESH) musiqinin beynəlxalq dil olduğunu trend olan parçası ilə bir daha sübut edib. Onun "İtchy Booty" adlı musiqisi Top-10-da 8-ci yerdə qərarlaşıb.

9. Mahmut Orhan & Colonel Bagshot - 6 Days

Liverpul şəhərindən olan "Colonel Bagshot" rok qrupunun "Six day war" parçasını remiks edən türk dicey Mahmut Orhan bütün dünyada olduğu kimi ölkəmizdədə yetəri qədər sevilib və axtarılıb. "6 Days" adlanan parça 9-cü ən çox axtarılan parçadır.

10. L'Algérino - Les Menottes (Tching Tchang Tchong)

Əslən Əlcəzairli olan fransız musiqiçi ElAlqerino oynaq parçası "Les Menotter"lə Top-10-un 10-cu yerində qərarlaşıb.

Adil Nəcəfov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.