Maraqlı

Uşağın cinsiyyəti ana ömrünə təsir edir - Oğul anaları...

14 İyun 2018 20:50
5 Şərh     Baxış: 11 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşağın cinsiyyəti ananın ömrünün uzunluğuna təsir edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu aparılan araşdırmalar nəticəsində məlum olub.
Belə ki, oğul anaları qız analarına nisbətən daha az yaşayırlar. Finlandiyanın Turku Universitetinin əməkdaşlarının apardıqları araşdırmalar belə deməyə əsas verir. Alimlərin fikirnə görə, oğlan uşağının doğulması anaların sağlığına mənfi təsir göstərir, belə qadınların ölüm riski 7% artır. 

10 il ərzində bütün dünya ölkələri üzrə aparılmış araşdırmalar nəticəsində oğul analarının qız analarına nisbətən 3 il az ömür sürdüyü məlum olub. Çünki oğlan uşağına hamilə olan qadının qanında testosteron səviyyəsi yüksəlir, bu da onun immunitetini zəiflədir və müxtəlif infeksiyalara qarşı daha az davamlı edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.