Maraqlı

"Xarici azarkeşlərlə "intim əlaqələrə" girməyin" - Rusiyalı qadınlara çağırış

14 İyun 2018 20:25
1 Şərh     Baxış: 1 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı qadınlar qarışıq irqli uşaqların tək anası qalmamaq üçün Dünya Çempionatına gələn futbol azarkeşləri ilə cinsi əlaqələrdən çəkinməlidirlər, Rusiya parlamentinin qadın, uşaq və ailə işləri üzrə komitəsinin rəhbəri bildirib.

Dövlət Dumasında Kommunist Partiyasını təmsil edən Tamara Pletnyova bu barədə fikirlərilə paytaxt radiosuna verdiyi müsahibədə danışıb.

"Qovorit Moskva" studiyasında millət vəkili ilə söhbət əsnasında "Olimpiada uşaqları" ifadəsi səslənib. 1980-ci illərdə yaranan bu ifadə Moskva Olimpiadasından sonra rusiyalı anaların dünyaya gətirdiyi qarışıq irsli uşaqları nəzərdə tutur.

Olimpiada uşaqları

Pletnyovanın sözlərinə görə əcnəbilərlə intim əlaqələr bir çox hallarda mənfi nəticə verir və hələ sovet dövrlərindən bəri belə uşaqlar "əziyyət çəkib".

"Biz dünyaya öz uşaqlarımızı gətirməliyik. Mən millətçi deyiləm, amma yenə də deməliyəm", millət vəkili bildirib.

Rus taraftarRusiyalı azarkeşlər

"Mən istərdim ki, bizim ölkədə qadınlar, milliyyətindən asılı olmayaraq, Rusiya vətəndaşları ilə, sevgi əsasında evlənsinlər, yaxşı ailə qursunlar, mehriban yaşasınlar, dünyaya uşaq gətirib onlara tərbiyə versinlər".

Virus yayılması barədə

Daha bir rusiyalı millət vəkili isə əcnəbi vətəndaşların təhlükəli viruslar yaya biləcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

Mısırlı taraftarlarMisir millisinin azarkeşləri

Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin deyib ki, xarici qonaqlar bunu qəsddən də edə bilərlər.

"Hər bir cəhətdən qorunmaq lazımdır. Bu qab və şəxsi gigiyena əşyaları ola bilər.

Kontrasepsiya vasitələri barədə isə ətraflı danışmağa heş ehtiyac yoxdur. Uşaq deyilik, hamı hər şeyi başa düşür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.