Maraqlı

Tamamilə çərçivəsiz smartfon təqdim edilib

15 İyun 2018 07:35
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin martında Çinin "Vivo" şirkəti tərəfindən təqdim edilmiş "Apex" adlı çərçivəsiz smartfonun özəlliyi irəli-geri hərəkət edən ön kamera ilə təchiz edilməsi idi. Üç ay sonra sözügedən şirkət "Apex" qurğusunun əsasında yaradılmış qabaqcıl "Nex" smartfonunu nümayiş etdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni smartfon daxili barmaq izləri skanerinə malik 6,59 düymlük OLED ekrana malikdir. Ekran qurğunun ön səthinin 91,24 faizini tutur. Prototipdə olduğu kimi, yeni qabaqcıl smartfonda da ön kamera daxildə yerləşir və lazım gəldikdə "selfi" çəkmək üçün irəliyə doğru hərəkət edir.

Bundan başqa, "Vivo Nex" aparatı "Qualcomm Snapdragon 845" prosessoru, 8 QB-lıq əməli və 256 QB-lıq daxili yaddaş, həmçinin 4000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.

Smartfonun ikiqat əsas kamerası f/1.8 aperturalı 12 meqapiksellik kamera və 5 meqapiksellik əlavə modula malikdir. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Aparat danışıq dinamikinin əvəzinə displeyin vibrasiyası sayəsində səsi ötürən "Screen SoundCasting" texnologiyası ilə təchiz edilib. 8 millimetr qalınlığında olan smartfonun çəkisi təxminən 199 qram təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.