Maraqlı

13 iyun - Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

13 İyun 2018 20:25
0 Şərh     Baxış: 626

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür (International Albinism Awareness Day). Bu tarix 2014-cü il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən təsis olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günü 2015-ci ildən etibarən hər il qeyd edilir. Albinizm bu günədək istər sosial, istərsə də tibbi cəhətdən hələ də tam dərk edilməyib.

Albinizmdən əziyyət çəkən adamların zahiri görkəmi günümüzdə də gülüş doğuran yanlış mövhumatçı təsəvvürlər formalaşdırır. Bu şəxslərə qarşı göstərilən ayrı-seçkilik onların marginallaşmasına və cəmiyyətdən təcrid olunmasına səbəb olur. Bəzi cəmiyyətlərdə mövhumatçılığın güclü təsiri altında kök atmış yanlış təsəvvürlər və əfsanələr albinizmdən əziyyət çəkənlərin həyatını təhlükəyə məruz qoyur. Bu qədim təsəvvür və əsatirlər bütün dünyada yayılıb.

BMT-nin İnsan Haqları Şurası bunu əsas götürərək 2013-cü ildə dövlətləri albinizmdən əziyyət çəkənlərə qarşı ayrı-seçkiliyin bütün növlərini ləğv etmək üçün təsirli tədbirlər görməyə çağırıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.