Maraqlı

Narkomafiya sabiq meri güllələdi - VİDEO - FOTO

13 İyun 2018 16:37
0 Şərh     Baxış: 2 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada iqtidarda olan İnstitusional İnqilabi Partiyanın (Partido Revolucionario Institucional, PRİ) məşhur funksionerlərindən biri, parlament seçkilərinə namizəd qismində qatılmış Fernando Puron güllələnib.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, Pedras Neqras şəhərinin sabiq meri, 43 yaşlı F.Puron elə həmin şəhərdə qətlə yetirlib.

F.Puron üç rəqibi ilə növbəti debatdan sonra Koauila Muxtar Universitetinin (UAdeC) binasının yanında tərəfdarı olan qadınla foto çəkdirəndə ona arxadan sürətlə bir kişi yaxınlaşıb.

Həmin kişi tapançadan F.Puronun başına atəş açıb.

Meksikada iyulun 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat və təşviqat kampaniyasında artıq 111 nəfər həlak olub.

Ötən həftənein cümə günü Koauilada UAdeC-in hüquq fakültəsinin direktoru Karlos Arana güllələnmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Narkomafiya sabiq meri güllələdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.