Maraqlı

Balaca şahzadə mərasimin ulduzuna çevrildi - VİDEO - FOTO

13 İyun 2018 16:10
0 Şərh     Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin paytaxtı Stokholmda taxt-tacın ən kiçik varisi olan 3 aylıq Edriennin xaç suyuna salınma (vəftiz) mərasimi keçirilib.

Milli.Az European-a istinadən bildirir ki, 35 yaşlı şahzadə Madlenlə onun əri, 43 yaşlı Kris O-Nillin övladının vəftizi Drottninqholm Sarayındakı Kral Kapellasında olub.

Mərasimdə İsveç kralı Karl Qustav, kraliça Sofiya, şahzadə Karl Filipp, şahzadə Viktoriya və kral ailəsinin digər mənsubları iştirak ediblər.

Balacan Edriennin qardaşı Nikolas Paul Qustav və bacısı, şahzadə Leonor Lillian Mariya da mərasimdə idilər.

Edrien qohumları - şahzadələr Estel, Oskar, Aleksandr, Qebrielin vəftizində geyindirildikləri paltara bənzəyən libasda idi.

İsveç taxtına sayca 10-cu iddialı sayılan şahzadə Edriennin üç xaç atası və üç xaç anası var.

4 yaşlı Leonor kiçik bacısının vəftiz mərasiminin əsl ulduzuna çevrilib.

Mərasimdə darıxan Leonor uzanaraq yerdə çevrilməyə başlayıb.

Qucağında kiçik Edrienni tutmuş şahzadə Madlen qızını sərt baxışlarla süzüb onu sakitləşdirməyə çalışsa da, niyyətinə çatmayıb.

Dəcəl Leonorun atası, maliyyəçi Kristofer O-Nil olaya müdaxilə etməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Balaca şahzadə mərasimin ulduzuna çevrildi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.