Maraqlı

Uolt Disneyin ögey anasını tapdığı yerə səyahət

13 İyun 2018 07:28
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saksoniya-Anhalt federal əyalətində yerləşən Naumburq kilsəsi Zaale və Unstrud çayları vadisində orta əsrlərə aid abidələrin Dünya İrsi Siyahısına daxil edilməsi üçün Almaniyanın təkrar müraciətində əsas obyektdir. 2017-ci ildə UNESCO bu müraciəti geri qaytararaq, konsepsiyanın yenidən işlənməsini təklif edib. Bu iş görüləndən sonra UNESCO-ya təkrar müraciət edilib. Yeni müraciətə UNESCO-nun 2018-ci il iyunun 24-dən iyulun 4-dək Bəhreyndə keçiriləcək komitə iclasında baxılacaq.

Milli.Az AZƏRTAC-a istinadən Almaniyanın bu heyrətamiz guşəsinə kiçik virtual ekskursiya təklif edir.

Müqəddəs Ptotr və Pavelin adını daşıyan kafedral kilsənin əsası 1029-cu ildə qoyulub. Məbəd XIII əsrdə genişləndirildiyi üçün burada həm qotik, həm də roman üslublarının elementləri öz əksini tapıb.

Məbədin qərbindəki xoralar qotik sakral incəsənətin görkəmli nümunəsi hesab edilir. XIII əsrdə naumburqlu naməlum usta tərəfindən yaradılmış fiqurların təbiiliyi və ifadəliliyi insanı heyran edir. Bu fiqurlar məbədə səxavətlə ianələr etmiş ali silkin 12 nümayəndəsinin, o cümlədən markqrafinya Utanın təsvirləridir.

Deyilənə görə, bir dəfə yazıçı Umberto Ekodan kiminlə bərabər şam yemək istədiyini soruşanda, o, məhz naumburqlu Utanın (1000-1046) adını çəkib. Naumburqlu Uta cazibədarlığı və əlçatmazlığı ilə şöhrət qazanıb. Onun Naumburq kilsəsindəki heykəli orta əsrlər incəsənətində ən parlaq qadın obrazlarından biri sayılır. Uolt Disney "Ağbəniz və yeddi cırtdan" animasiya filmində kraliça-ögey ana personajı üçün məhz bu obrazı əsas götürüb.

Naumburq kilsəsi ilə tanış olduqdan sonra Köhnə şəhəri gəzib dolanmaq lazımdır. Bazar meydanındakı evlər maşınla Leypsiqdən təqribən bir saatlıq məsafədə yerləşən bu şəhərin varlı və firavan həyatından xəbər verir.

Orta əsrlərdə bu yerlərdə bir neçə mühüm ticarət yolu kəsişib. Bu yolları mühafizə etmək üçün əzəmətli qəsrlər inşa edilib. Dünya irsi statusunun verilməsi üçün müraciətdə bu qəsrlər də göstərilib. Onlardan biri Zaale çayı üzərindəki Rudelsburq qəsridir.

Naumburq ətrafında, adı "Qəsrlər torpağı" kimi tərcümə olunan Burgenland rayonunda təqribən otuz qəsr var. Onların çoxunun yaşı min ilə çatır.

XI əsrin ortalarından XIII əsrin ortalarınadək olan dövrdə Zaale və Unstrut çayları vadisində 50-dək monastır olub. Rahiblər regionun inkişafına sanballı töhfə veriblər.

Sistersianların (ağ rahiblər) Pforta monastırının əsası 1137-ci ildə qoyulub. Bu abbatlığın rahibləri çoxlu su kanalları çəkib, dəyirmanlar inşa ediblər. 1543-cü ildə burada açılmış Pforta gimnaziyası hələ də işləyir. Filosof Fridrix Nitsşe və şair Fridrix Qotlib Klopştok bu məktəbdə təhsil alıblar. 1570-ci ildə yaradılmış yerli kitabxanada hazırda təqribən 80 min kitab saxlanılır. Kitabxana Almaniyanın ən böyük və qocaman məktəb kitabxanalarından biridir.

Regionda ilk üzümlüklər də təqribən min il əvvəl rahiblər tərəfindən salınıb. Bu gün Zaale-Unstrum şərabçılıq regionunu "Şimalın Toskanası" ("Toskana des Nordens") adlandırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.