Maraqlı

Böyrəklərdə kistlər qorxuludurmu? – Uroloqdan məsləhətlər

12 İyun 2018 22:35
0 Şərh     Baxış: 1 738

Azərbaycanda böyrəklərində kistlər olan xəstələrin sayı artmaqdadır. Çoxları adi kistadır deyib, buna önəm vermir və bu kistanın ona hansı problemlər yaradacağını bilmir.

Böyrəkdəki kist təhlükəli olub, ciddi mütəxəssis həkimlər tərəfindən diaqnoz təyin  edilməli və müalicə olunmalıdır. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu haqda danışan uroloq Seymur Mehtiyev kistlərin müxtəlif olduğunu da bildirdi:

" Böyrəkdəki kistlər böyrək içində olan mayelərin kiçik formada bir və ya bir neçə dənə kisəciklər şəklində olmasıdır. Bu kistlər öz aralarında da iki hissəyə ayrılır.

Sadə Kist:  Böyrəyin üstündə, ya da alt qisimində meydana gəlir. Sonradan meydana gəlməkdədir və 5-10 sm orta böyüklüyə sahib olan kistlərdir. Verdiyi narahatlıq və vəziyyət isə böyrəyin süzücü vəzifəsinin tıxanması ilə sidiyin bu qisimdə yığılmasıyla meydana gələn narahatlıqdır. Kistin meydana gəlmə səbəbi bu hadisədən qaynaqlanır.
İnsanda qarın bölgəsində, ya da yan qisimlərdə ağrılar verə bilir.  

Kistin təsbiti üçün ultrasəs şərtdir. Böyrəyin nə vəziyyətdə olduğu komyuter tomoqraiyası vasitəsilə öyrənilir. Kistin böyüklüyü də müalicə üçün çox əhəmiyyətlidir. 5 sm keçdikdən sonra böyrəkdə yaranan kist təhlükəli hala gəlməkdə və müalicəyə başlanmaqdadır.

Kist iynə ilə boşaldıldığı zaman qısa bir müddət sonra təkrar köhnə halına dönə bilir. Təkrar etməməsi üçün ən qəti həll kisti kapsulası ilə yox etməklə olacaq. Edilməsi lazım olan əməliyyatdır. Qarın bölgəsinin yan tərəfindən girilərək kamera və alətlər ilə kist təsbit edilərək götürülür.

Polikistik Böyrək:   İrsi xüsusiyyətlər ilə nəsildən nəsilə keçir. Ana və atadan övladlara keçə bilər. İnsanda olan 2 böyrəkdə də kistlər tapıla bilər. Kist səbəbindən möhkəm toxuma məhv ola bilər. Böyrəkdə olan kistlər zərərlidirmi sualına bu kistlər ümumiyyətlə insanda böyrək çatmazlığına səbəb olurlar deyə bilərik. Polikistik böyrəyin əlamətləri ilk əvvəl olaraq baş ağrısı ilə başlayır. Sonrasında insanda kilo itkisi, hipertansiyon(yüksək təzyiq), sidikdə qanama və böyrəklərdə şiddətli ağrılar meydana gələr. Bu xəstəliyin tam olaraq müalicəsi yoxdur. İnsan bədənində ibarət olan problemlərə görə müalicə üsulu tətbiq olunur.

Bu ümumiyyətlə iltihab olduğu zaman müalicə edilməkdədir. Dializ ilə zaman uzadılır və nəticə olaraq qəti müalicə böyrək nəqli edilərək bu narahatlığa xitam verilir.
 
Böyrək kistləri böyrək çatışmazlığı və xərçəng vəziyyətinə kimi gətirib çıxara bilər. Bu problemə laqeyd qalmaq, vaxt itkisi sonradan həkimin də işini çətinləşdirir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.