Maraqlı

Sualtında səkkizayaqlı ilbizə aid şəhər

14 İyun 2018 23:20
0 Şərh     Baxış: 657

Araşdırmaçılar hər tərəfi təhlükə ilə dolu və səkkizayaqlı ilbizlərin yaşadığı bir sualtı bölgə kəşf etdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dəniş kəşfiyyatçıları keçən ilin sonlarına doğru Oktlantis adlı kiçik bir səkkizayaqlı ilbiz şəhəri kəşf etdi. Oktlantis qum və qabıq yığınlarından edilmişdir və elm insanlarının verdiyi məlumatlara görə, 15-ə qədər səkkizayaqlı ilbizə ev sahibliyi edir. Suyun altında 10 saatlıq video çəkən bioloqlar, buranın yaşam üçün olduqca çətin bir şəhər olduğunu söylədi.

Beynəlxalq araşdırmaçılar, səkkizayaqlı ilbiz şəhərində qorxunc və vəhşi səkkizayaqlı ilbiz olduğunu, istəmədikləri canlıları burada saxlamadıqlarını, bu səbəblə də həyat şərtlərinin çətinliyindən bəhs edirlər.

Yeni səkkizayaqlı ilbiz şəhəri, Şərqi Avstraliyanın sahilindəki Jervis Körfəzində iştirak etməkdə olub, 2009-cu ildə Oktopolis olaraq adlandırılan bənzər bir bölgəyə yaxın bir nöqtədədir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.