Maraqlı

ABŞ dünyanın ən güclü superkompüterini təqdim etdi

14 İyun 2018 21:15
0 Şərh     Baxış: 352

ABŞ-ın energetika departamenti dünyanın ən güclü superkompüterini təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Summit" superkompüterinin ən yüksək məhsuldarlığı 200 petaflopsa (saniyədə 200 kvadrilyon hesablama) çatır.

Bu, Çin sisteminin pik məhsuldarlığından (93 petaflops) iki dəfə çoxdur. Həmçinin ABŞ-ın bundan əvvəlki ən güclü superkompüteri - "Titan"ın məhsuldarlığından təxminən 7 dəfə yüksəkdir.

"Summit" sistemi adi stolüstü kompüterin 30 ilə gördüyü işin öhdəsindən bir saat ərzində gəlmək imkanına malikdir.

Superkompüter iki tennis kortunun ümumi ərazisini tutan 4 min 608 server stansiyasından ibarətdir. Sistem 27 mindən çox "NVIDIA Tesla V100" qrafik prosessoru ilə bərabər işləyən 9 mindən çox 22 nüvəli "IBM Power9" prosessorundan istifadə edir. "Summit" superkompüterinə sərf olunan enerjinin həcmi ilə 8 min 100 evi enerji ilə təmin etmək mümkündür. Sistemin soyudulmasını effektiv etmək üçün onun kanallarından hər dəqiqə ərzində 18 min litrdən çox su keçir.

"Summit"in yaradılması indiyə qədər qeyri-mümkün olan elmi araşdırmaların aparılması üçün yeni imkanlar açıb", - deyə Ok-Ric milli laboratoriyasının hesablama biologiyası sahəsində mütəxəssisi Den Ceykobson bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.