Maraqlı

Milyonlarla istifadəçi “Twitter”siz qaldı

14 İyun 2018 08:55
0 Şərh     Baxış: 326

"Twitter" sosial şəbəkəsi rəsmi olaraq "Windows Phone 8.1" əməliyyat sistemi ilə istifadə edilən cihazları dəstəkləməyi dayandırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkə milyonlarla istifadəçi üçün əlçatmaz olub.

"Twitter" bu ilin iyunun 1-dən "Windows 10 Mobile" sistemini dəstəkləməyi dayandıracağını elan edib. Bundan başqa, istifadəçilər yeni "Twitter lite" xidmətini də istifadə edə bilmirlər. Belə ki, sosial şəbəkəyə daxil olmaq cəhdləri onları saytın köhnə mobil versiyasına yönləndirir. O isə səhvlərlə işləyir və məlumatları dərc etməyə imkan vermir.

Mayın sonunda "Twitter" Bolqarıstandan olan çoxlu sayda istifadəçilərin akkauntlarının fəaliyyətini dayandırıb. Onlar kiril hərflərini istifadə etdikləri üçün sosial şəbəkə onları "saxta" ruslar kimi qəbul edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.