Maraqlı

Avtomatik pasport nəzarət sistemi işə salınıb

14 İyun 2018 08:41
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokionun "Narita" Beynəlxalq Aeroportunda avtomatik pasport nəzarət sistemi istifadəyə verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, xaricdən qayıdan Yaponiya vətəndaşlarına xidmət göstərən sistemin məqsədi immiqrasiya xidməti müfəttişlərinin işini azaldaraq onları əcnəbilərin yoxlanışına yönəltməkdir.

Məlumata görə, avtomatik yoxlanışdan keçmək üçün pasportun aparat üzərinə qoyulması tələb olunur. Bundan sonra sənəddəki məlumatlar oxunur, kamera isə pasport sahibinin sifətini onun fotoşəkili ilə tutuşdurur. Prosedur ümumilikdə 10 saniyə ərzində başa çatır.

2019-cu ilin martınadək Yaponiyanın bütün iri beynəlxalq aeroportlarının belə qurğularla təchiz edilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.