Maraqlı

İlk 10 giqabitlik “Wi-Fi” marşrutlayıcısı təqdim olunub

14 İyun 2018 07:51
1 Şərh     Baxış: 398

"ASUS" şirkətinə məxsus "Republic of Gamers" (ROG) brendi "Computex 2018" sərgisi çərçivəsində "ROG Rapture GT-AX11000" adlı dünyanın ilk 10 giqabit tutumlu "Wi-Fi" marşrutlayıcısını təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ən son "Wi-Fi 802.11ax" standartının dəstəklənməsi sayəsində yeni qurğu "802.11ac 4×4" standartlı mövcud routerlərlə müqayisədə 2,53 dəfə çox maksimal buraxılış qabiliyyətinə malikdir.

"802.11ax" standartında "OFDMA" texnologiyasının dəstəklənməsi isə bir neçə qurğunu vahid kanalda birləşdirməyə imkan verərək effektivliyi dörd dəfə artırır və enerji doldurma vaxtını azaldır.

"ROG Rapture GT-AX11000" marşrutlayıcısında oyunlar üçün istifadəçi qurğusu və oyun serveri arasında məlumat mübadiləsini xeyli sürətləndirən bağlantı üçün üçsəviyyəli sürət artırma nəzərdə tutulub.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Turbo66 · 14 İyun 10:5300

    Giqabit sürət ölçüsüdü.Tutum ölçüsü isə giqabaytdı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.