Maraqlı

Yahoo Messenger fəaliyyətini dayandırır

14 İyun 2018 07:22
0 Şərh     Baxış: 252

20 il əvvəl istifadəyə verilmiş "Yahoo Messenger" mesajlarla mübadilə xidməti öz fəaliyyətini dayandırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 17 iyul 2018-ci il tarixində "Yahoo Messenger" servisi öz işinə xitam verəcək. Artıq bu tarixdən sonra 1998-ci ilin martında istifadəyə verilmiş messencerdən yararlanmaq mümkün olmayacaq.

"Yahoo Messenger" servisini hazırda beta-test mərhələsində olan "Yahoo Squirrel" xidmətinin əvəz edəcəyi gözlənilir. Yeni servisdən istifadə etmək istəyənlər tərtibatçılara müvafiq sorğu göndərə bilərlər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.