Maraqlı

Məşhur səyyahın İspaniya kraliçasına yazdığı 500 illik məktub ortaya çıxdı

13 İyun 2018 07:21
0 Şərh     Baxış: 1 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur səyahətçi Xristofor Kolumbun Amerika qitəsinə ayaq basdıqdan sonra İspaniya kralı və kraliçasına yazdığı məktub ortaya çıxıb.

Milli.Az xəbər verir ki, 500 illik məktubun orijinal köçürmələrindən biri 7 illik axtarışlardan sonra ABŞ-da tapılaraq İspaniyaya verilib.

Kolumb 1493-cü ildə İspaniya kralı Ferdinand və kraliça İzabellaya yazdığı məktubda Yeni Dünyanı kəşf etdiklərini bildirib. O, ispanca yazdığı "Catalonia Plannck II Columbus" adlı məktubda ABŞ-da qarşılaşdığı insanlardan, qitənin coğrafiyasından və zənginliyindən də söz açıb. Bu məktub həmin dövrdə əl yazısı ilə çoxaldılaraq Avropanın müxtəlif krallıqlarına göndərilib. İspaniyaya geri qaytarılan məktub da bu nüsxələrdən biri olub.

Qeyd edək ki, Kolumbun səyahəti İspaniyanın kral ailəsi tərəfindən maliyyələşdirilmişdi. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.