Maraqlı

Qrip olanlara 3 500 dollar veriləcək

13 İyun 2018 07:07
1 Şərh     Baxış: 4 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da qripə qarşı peyvəndin nə qədər təsirli olduğunu araşdırmaq üçün "Qrip oteli" yaradılır. Bu oteldə bilərək və istəyərək qripə yoluxmağa razı olan könüllülər qalacaq.

Milli.Az xəbər verir ki, burada qalmaq istəyənlər üçün 3 500 dollar (təxminən 5 950 manat) ödəniş ediləcəyi bildirilir.

Məlumata görə, bu oteldə qalmaq istəyənlər əvvəlcə qripə qarşı peyvənd ediləcək, daha sonra virusa yoluxdurulacaqlar.

Araşdırmanı Missuri ştatının Saint Louis universitetinin alimləri aparacaq. Oteldə qalmaq və yol xərcləri üçün könüllülərə 3 500 dollar veriləcək.

Standart otel xidməti olan mərkəzdə könüllülərlə xüsusi tibb bacıları xidmət göstərəcək. "Grip Oteli" ilə bağlı işlərə ay ərzində başlayacaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.