Maraqlı

Vulkanın qurbanları axtarılır - FOTO

12 İyun 2018 14:23
0 Şərh     Baxış: 482

Qvatemalada ötən həftə Fueqo vulkanının püskürməsi nəticəsində itkin düşənlərin axtarışları davam edir.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, vulkan püskürməsi nəticəsində 110 nəfər həlak olub, 57 nəfər yaralanıb. Tələfatın belə çox olmasının səbəbi vulkanın yamaclarında yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyə üçün imkan tapa bilməməsidir. Onları kimsə əvvəlcədən xəbərdar da etməyib.

Fəlakət zonasında 1,7 milyon insan yaşayır.

Daha çox itkilər Eskuintla departamentinin San Migel los Lotes şəhərindədir.

200 nəfər itkin düşmüş hesab olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.