Maraqlı

İtlərini gəzdirirdilər, xəzinə tapdılar - BUNA İNANMAQ OLMUR - FOTO

11 İyun 2018 22:01
1 Şərh     Baxış: 3 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında yaşayan bir cütlük evlərinin bağçasındakı ağacın dibindən 10 milyon dollar dəyərində xəzinə tapıb.

Milli.Az xəbər verir ki, 1847-1894-cü illərə aid xəzinənin içində 1247 ədəd qızıl qəpik olub.

Onlar itlərini gəzdirərkən xəzinəyə rast gəliblər. Mütəxəssislər xəzinənin Amerika tarixinin ən böyük yeraltı kəşfi olduğunu bildiriblər.

Ailəyə məsləhət verən pul mütəxəssisi Devid Makkarti keçmişdə gəmilərlə birgə batan böyük xəzinələrin olduğunu, lakin bu cür tapıntıya ilk dəfə rast gəldiyini deyib.

Sikkələr üzrə mütəxəssis Devid Hall qızıl qəpiklərin 27 min dollar olduğunu açıqlayıb. Lakin mütəxəssis qeyd edib ki, xəzinənin içindəki bəzi əşyalar təkbbaşına 1 milyon dollar edir.

Cütlük tapdığı sikkələri "Amazon.com" saytı vasitəsilə satmağı düşünür. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.