Maraqlı

Yupiterdə Yerdə baş verənlər təkrarlanır - NASA-dan şok araşdırma

11 İyun 2018 21:05
0 Şərh     Baxış: 2 315

Amerika Kosmik və Aviasiya Agentliyinin (NASA) araşdırmaçıları Yupiter planetində Yer kürəsindəki kimi şimşək çaxmasının səbəbini öyrənib.

Milli.Az xəbər verir ki, NASA Yupiteri müşahidə edən Yuno kosmik gəmisinin verdiyi bilgilər sayəsində şimşəklərin ekvator bölgəsində deyil, qütblərdə daha çox olduğunu öyrənib.

Yunonun kəşfiyyat peryki olan Mikrodalğa Radiometr ilə şimşəklərin daha öncə əldə edilməyən elektrik tezlikləri ölçülüb və şimşəklərin Yerdəki gücdə və tezlikdə olduğu üzə çıxıb.

Buna rəğmən, şimşəklərin çoxaldığı bölgələrin dünyadan niyə fərqli olduğunu araşdıran elm adamları bunun Günəşdən qaynaqlanan istiliklə bağlı olduğu qənaətinə gəlib.

Yupiterin orbiti Günəşə Yerlə müqayisədə 5 qat daha uzaqdır və buna görə Yupiter planetimizə nəzərən 25 qat daha az istilik ala bilir. Planetin ekvator bölgəsində müəyyən istilik olsa da, Yerdə olduğu kimi kəskin buxarlanma baş vermir.

Yerin əskinə olaraq, Yupiterdə ekvatorun üst qisimləri müəyyən səviyyədə isinir və sabit bir iqlim yaradır. Yuxarıdakı istilik altdakı qazların yüksəlməsini əngəlləyir və cəbhələr arasında şaquli elektrik gücü yaranır, yəni şimşəklərin ortaya çıxmasını əngəlləyir.

Qütb bölgələrində atmosferin yetəri qədər istilənməməsi nüvədəki isti qazların yuxarı çıxmasına səbəb olur. Bu vəziyyətdə şimşəklər əmələ gəlir.

Yupiterdəki şimşəkləri ilk dəfə 1979-cu ildə NASA-nın "Voyager 1" kosmik gəmisi tərəfindən təsbit edilib. NASA-nın 2011-ci ildə kosmosa göndərdiyi Yuno peyki 2016-cı ilin iyul ayından bəri Yupiterin orbitində kəşfiyyat fəaliyyətlərini davam etdirir. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.