Maraqlı

Bu ucuz tərəvəz beyini də cavanlaşdırır

12 İyun 2018 23:40
0 Şərh     Baxış: 2 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa və Yaponiya alimləri aşkar ediblər ki, adi soğan beyin hüceyrələrini təmizləmək və cavanlaşdırmaq xüsusiyyətə malikdir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, soğan insanların zehnini və yaddaşını yaxşılaşdırır.

Alimlərin fikrinə görə, bunun səbəbi soğanın kükürd birləşmələri ilə zəngin olmasıdır. Bu birləşmələr beyin hüceyrələrindən toksiki maddələrin xaric olunmasını aktivləşdirir ki, bu da beyini cavanlaşdırır.

Həmçinin soğanın istehlakı insanın emosional tonusunu da normallaşdırır.

Bundan əvvəl aparılmış araşdırmalar soğanın ürək-damar sistemi və sümüklər üçün faydalı olduğunu sübut edib. Soğanın tərkibində olan maddələr xərçəng hüceyrələrinin əmələ gəlməsini ləngidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.