Maraqlı

İmam Zaman ağa (ə) bu insanları çox sevir

12 İyun 2018 21:20
1 Şərh     Baxış: 1 319

İffətli insanlar tarix boyu İlahi övliyaların diqqətini özünə cəlb etmiş və onlara xüsusi hörmət göstərilmişdir. İmam Zaman ağa (ə.f) da iffətli insanları sevir və əziz tutur. Çünki onları Allah sevir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allah insanlardan yardım istəməyən həyalı, pak ətəkli şəxsləri sevir".

Ona görə də iffətli olsaq, İmam Zaman ağanın (ə.f) sevimlisi olarıq. Bunu təsdiq edən bir əhvalata işarə edək: "Ayətullah Seyyid Baqir Müctehid Sistani, Ayətullah Sistaninin atası olmuşdur. İmam Zaman ağa (ə.f) ilə görüşmək niyyətilə Aşura ziyarətini 40 cümə Məşhəd məscidlərinin birində oxuyardı.

O, buyurur: "Axırıncı cümələrin birində Aşura ziyarəti oxuduğum məscidə nur saçmağa başladı. Qəribə bir hal keçirtdim. Ayağa qalxdım və həmin nurun ardınca getməyə başladım. Bir evə gəlib çatdım ki, çox kiçik və yoxsul bir ev idi. Evin içində sönməyən nur saçırdı.

Qapını döydüm və qapını açan zaman gördüm ki, Həzrət Vəli Əsr (ə.f) bu evdədir. O otaqda bir cənazə müşahidə etdim ki, ağ parçaya bükmüşdülər. O zaman ki, mən daxil oldum, ağlamağa başladım. Ağaya (ə.f) salam verdim və Həzrət (ə.f) mənə buyurdu: "Niyə bu qədər məni axtarırsan? Bu qədər əziyyət çəkirsən? Bunun kimi olun ki, mən sizin yanınıza gəlim".

Sonra cənazəyə işarə etdi.

Sonra buyurdu: "Bu xanım hicabsızlıq dövründə 7 il evindən çıxmamışdır ki, naməhrəm onu görməsin".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    @ · 12 İyun 22:00110

    Allah bizidə İmam Zaman (ə) Ağanı görənlərdən və o Həzrətin Əsgərlərindən Qərar Versin! İlahi Amin!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.