Maraqlı

Qan hüceyrələri beyin hüceyrələrinə çevrildi

12 İyun 2018 23:45
0 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stenford Universitetinin araşdırmaçıları son illərin ən önəmli işlərindən birini edərək, tarixi dəyişdirəcək bir texniki kəşf etdiklərini açıqladılar. İnsandan alınan qan nümunəsinin içindəki immunitet hüceyrələri, bu texnika ilə 3 həftə ərzində bir beyin hüceyrəsinə, yəni neyrona çevrilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, müasir elmin təqdim etdiyi bir çox imkan sayəsində, bədənimizin fərqli hissələrindən aldığımız hüceyrələri, neyronlara çevirməyə çalışırıq. Bu mövzuda aparılan araşdırmalarda siçanlar üzərində aldığımız kəşflər, elm insanlarına istiqamət verir. 2011-ci ildə dəri hüceyrələrindən beyin hüceyrəsi əldə edilmək üçün edilən bir araşdırma, üsulun müvəffəqiyyətli olduğunu ancaq çox asan olmadığını göstərdi.

Yəni alimlərin insan bədənindən bir başqa hüceyrə qrupunu seçməsi lazım idi. Stenford Universitetinin araşdırmaçıları, qandakı immunitet hüceyrələrini bu iş üçün seçdilər. Edilən işin rəhbəri Marius Uernig dedi: "Dəridən istehsalda istifadə edilən kök hüceyrələrə çatmaq bahalı və zəhmətlidir. Bundan əlavə, bu hüceyrələrin əldə edilməsi, xəstələrin ağrı yaşamasına səbəb olur, bu səbəbdən yeni bir qaynağa ehtiyacımız var idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.