Maraqlı

Tibb bacısının səhlənkarlığına görə 4 günlük uşağın ayağı kəsildi - FOTO

9 İyun 2018 11:58
2 Şərh     Baxış: 4 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər tibb bacısı diqqətli olsaydı, feni vaxtında götürsəydi, oğlumun ayağı kəsilməyəcəkdi.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri doğum evindəki tibb bacısının səhlənkarlığı üzündən oğlunun ayağı kəsilən ata söyləyib.

Bədbəxt hadisə Çinin Zhumadian şəhərindəki Xincai hospitalında baş verib. Belə ki, tibb bacısı 4 günlük körpəni yuyundurduqdan sonra saç qurutma aparatı ilə qurutmaq istəyib, lakin feni açıq qoyaraq oranı tərk edib. İşlək fen təxminən saat yarım müddətində uşağın ayağını yandırıb.

Həkimlər onun həyatını xilas etmək üçün ayağını amputasiya ediblər.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.