Maraqlı

Ətir və şampunlar havanı avtomobildən çox çirkləndirir - araşdırma

4 İyun 2018 22:49
0 Şərh     Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevral ayında yayımlanan əhəmiyyətli bir araşdırmada elm adamları avtomobillər azaldıqca havada çirkliliyin nəzərəçarpacaq dərəcədə dəyişdiyini ortaya qoyub.

Milli.Az xəbər verir ki, bu, əsas emissiya olan şəxsi qulluq, makyaj, təmizlik vasitələri və digər kimyəvi tərkibli maddələrin gedərək artması və avtomobillərin havaya buraxdığı zərərli qazları geridə qoyması deməkdir.

ABŞ-ın Kolorado Universiteti ilə Amerika Milli Okean və Atmosfer Dairəsi üçün işləyən elm araşdırmlaraının baş yazarı Brayn Makdonald zamanla nəqliyyat sektorunun havanı çirkləndirən emissiyalar baxımından daha təmiz hala gəldiyini deyib. Lakin bu emissiyanın azalması ilə havanı çirkləndirən qaynaqlar da çeşidlənməyə başlanıb.

Araşdırma uçucu üzvi birləşmələr kimi tanınan neft əsaslı, qoxulu maddələrin havada çirkliliyə səbəb olması və bu maddələri tərkibində daşıyan məhsulları öyrənmək üçün aparılır. Araşdrımaçılar uçucu üzvi birləşmələrə laqeyd yanaşıldığını və çirklənmənin qaynağını dəyərləndirmək üçün hazırda istifadə edilən elektronik cihazların kifayət etmədiyini ortaya qoyub.

Sözügedən uçucu üzvi birləşmələr bir çox fərqli formada qarşımıza çıxa bilər və avtomobil kimi insanın ərsəyə gətirdiyi əşyalarla yanaşı, ağac və ot kimi bitkilərdən də qaynaqlana bilər. Bu zərərli maddələr sənaye məhsulları və məişət əşyalarında da ola bilər. Xüsusilə, yeni bir araşdırma böcək dərmanlarının, örtük materiallarının, mətbəə mürəkkəblərinin də uçucu üzvi birləşmələrin ana qaynağı olduğunu ortaya çıxarıb.

Hansı məhsulun tərkibində uçucu üzvi birləşmələrin olduğunu təyin etmək üçünsə onun qoxusuna diqqət yetirmək lazımdır.

Kaliforniya Universitetinin araşdırmaçısı və araşdırmanın digər yazarı Kris Kappa bunu tez-tez istifadə etdiyimiz ətir məhsulları vasitəsilə izah edir:

"Birinin qapalı bir məkanda ətir vurdğunu xəyal edək. Nəticə olaraq qoxu havada dağılır. Əsl sual isə qoxunun hara getməsidir. Xarici mühitlə qapalı məkanın arasında hava dəyişikliyi gerçəkləşər. Qoxu da çölə çıxar və yayılmağa başlayar.

Makdonald və Kappa Amerika Milli Okean və Atmosfer Dairəsindən və Amerika ilə Kanadadakı müxtəlif universitetlərdən topladığı 19 nəfərlik heyətlə araşdrımanı tamamlayıb. Nəticələrə əsasən, qapalı məkanlarda buraxılan qoxuların birbaşa təhlükə daşımadığı üzə çıxıb. Əlavə olaraq, araşdırma təkcə qoxunun hara getməsi sualını tam anlamı ilə cavablaya bilməyib. Çöldə bu maddələr Günəş işığı və başqa maddələrlə reaksiyaya girib havanı çirkləndirən kimyəvi birləşmələrə çevrilir.

Araşdırmaçı Cesika Gilman sınaqlar haqqında bunları deyib: "Bu araşdırma ilə etmək istədiyimiz şey bəzi böyük sənaye şəhərlərinin hava kütləsindəki fərqliliyi artırmaqdır. Bu, havanın keyfiyyətinin standartlarını təmin etmək cəhdlərinin əhəmiyyətli bir parçasıdır".

Havanın keyfiyyətinin aşağı olduğu şəhərlərdən biri olan Los-Ancelesdə aparılan testlərdə kimyəvi məhsullardan uçucu üzvi birləşmələrin havaya yayılmasının araşdırmaçıların təxminləri ilə üst-üstə düşdüyü məlum olub.

Nəticələrə əsasən bildirilib ki, avtomobillərin havaya buraxdığı zəhərli qazların miqdarı azalsa da, digər kimyəvi məhsullar bu azalmanı kompensasiya edir. Yəni məişətdə işlətdiyimiz digər məhsullar da havanı ən az avtomobillər qədər çirkləndirir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.