Maraqlı

Ayrıldığı xanımına villa bağışladı - Anası da evsiz qoydu - FOTO

27 May 2018 23:51
4 Şərh     Baxış: 9 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin noyabrında serbiyalı həyat yoldaşı, model Emina Sandalla yollarını ayıran Mustafa Sandal anası ilə mübahisə edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Çubuklu istiqamətində yerləşən 15 milyon lirəlik villasını xanımı və 2 oğluna bağışlayıb ofisdə qalır.

Bundan təngə gələn Mustafa anasına "Ulusdakı evdən kirayəçiləri çıxart, oraya köçəcəm" deyib.

Sandalın anası Tülin İleri isə oğluna "Çıxartmıram. Get, Çubukludakı villanı sat, pulunu arvadınla yarı böl" dediyi üçün aralarında mübahisə yaranıb.

Mustafa anasına acıq edərək ofisdə yaşamağa davam edib.

Qeyd edək ki, Emina ilə Mustafa 2008-ci ildə ailə qurub. Onların iki övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.