Maraqlı

Bu oyuncaqlar uşaqlar üçün TƏHLÜKƏLİDİR

26 May 2018 23:52
2 Şərh     Baxış: 2 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın məşhur idman avtomobil markası "Porsche" öz adıyla istehsal olunan taxta oyuncaq avtomobilləri geri çağırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, buna oyuncaq avtomobillərin hissələrinin kiçik uşaqlarda boğulmaya səbəb olmasıdır.

Amerika Birləşmiş Ştatları Məhsul İstehlakçılarının Təhlükəsizliyi Komissiyasının rəyinə görə, idman avtomobili 911-dən ilhamlanaraq hazırlanan və ilk "Porsche" adını daşıyan taxta oyuncaq avtomobillərin təkəri və digər hissələri sökülə bildiyindən kiçik uşaqların boğulmasına səbəb olma riski daşıyır.

Polşada istehsal edilən oyuncaqlar "Porsche" tərəfindən geri çağırılıb. Şirkət, valideynlərə oyuncaqların altındakı nömrə ilə onun geri çağrılanlardan olub-olmadığını yoxlamağa çağırıb. Eyni zamanda, ödənilən pulun geri qaytarılacağını bəyan edib.

Bununla yanaşı, şirkət valideynləri diqqətli olmağa çağırıb.

Qeyd edək ki, bu vaxta qədər həmin oyuncaqlarda ABŞ və Kanadada 25 dollardan 2 min ədəd satılıb. Lakin heç bir ölüm halı qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.