Maraqlı

Siqareti tərgitməyin 2 ÜSULU - Məşhur professorların resepti

26 May 2018 23:25
2 Şərh     Baxış: 5 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siqaret vərdişi olan insanlar üçün ən çətin işlərdən biri siqareti tərgitməkdir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, türkiyəli professor İbrahim Saracoğlu və mütəxəssis Firidun Konak siqareti tərgitmə üsullarından danışıb.

Həmin üsulları təqdim edirik:

İbrahim Saraçoğlunun tövsiyəsi:

Lazım olanlar:

2 stəkan su

1 desert qaşığı yunan lavandası

2 stəkan suyu qazana qoyub qaynadın. Daha sonra 1 desert qaşığı yunan lavandası əlavə edin. 7 dəqiqə dəmləyin. Daha sonra süzün.
Ürəyiniz hər siqaret istədikdə bu qarışımdan bir qurtum alıb ağzınızda saxlayın və çıxarın.
Bu proseduru hər siqaret istədikdə edin. Hər gün yenisini hazırlayın.
Bundan 3 ay ərzində istifadə edin.

Firidun Kunakın bu barədə tövsiyəsi:

2 litr su (8 stəkan deməkdir)

1 kq badımcan

2 limon suyu

Hazırlanması:

Badımcanları halqa şəklində doğrayın, 2 litr suyu içərisinə əlavə edin. 2 limon suyunu da əlavə etdikdən sonra bu qarışımı bir gün gözlədin. Daha sonra badımcanları sıxıb suyunu çıxarın.

Daha sonra hər siqaret istədiyiniz zaman için.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.