Maraqlı

Sevgilisindən ayrılan Sinan Hadisəyə söz atdı

25 May 2018 23:54
0 Şərh     Baxış: 2 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sinan Akçıl siması olduğu bir markanın tanıtım gecəsinə qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı tədbirdə jurnalistlərin suallarını da cavablandırıb. "Otilia ilə münasibətiniz digər sevgililəriniz kimi qalmaqallı şəkildə bitmədi. O, avropalı olduğu üçündürmü" sualına Sinan belə cavab verib:

"Keçmiş sevgililərim arasında da avropalılar olub. Buradakı ən böyük avantajım baldızlarımın olmamasıdır".

Akçılın bu açıqlaması bir vaxtlar eşq yaşadığı müğənni Hadisə və bacılarına söz atmış kimi başa düşülüb. Belə ki, 2010-cu ildə Hadisə ilə sevgili olan Sinan ondan qalmaqallı şəkildə ayrılmışdı. Buna səbəb isə Hadisənin böyük bacısı Açıkgözün Akçılla yola getməməsi, tez-tez ona söz atması olmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.