Maraqlı

Orucun şəkər xəstəliyinin qarşısını almaqda müstəsna rolu

27 May 2018 23:55
0 Şərh     Baxış: 3 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın kardiologiya institutunun mütəxəssislərinin keçirdikləri araşdırmanın nəticəsində məlum olub ki, yeməkdən pəhriz edən zaman insan orqanizmində müsbət bioloji proses baş verir. Bu bioloji proses nəticəsində insan orqanizminin piy hüceyrələrindən olan zərərli xolesterin enerjiyə çevrilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ABŞ-ın diabet assosiasiyasının San-Fransisko ştatında keçirdikləri iclasda mütəxəssislər bildiriblər ki, bu proses insanlarda post-diabet vəziyyətlərdə diabet amilləri ilə mübarizə aparmağa kömək edir.

Mütəxəssislərin keçirdikləri təhqiqatda 30 yaşından 69 yaşınadək xanım və kişilər iştirak ediblər. Təhqiqatda iştirak edən bütün insanların qan dövranı sistemində qlükoza miqdarı normadan artıq olub. İnsan 10-12 saat ac qalandan sonra orqanizm enerjini alternativ mənbələrdən axtarmağa başlayıb. Araşdırmaçılar bildiriblər ki, orqanizm pəhriz zamanı piy hüceyrələrində mövcud olan xolesterindən enerji əldə edib.    

Qeyd edək ki, piy hüceyrələrində olan xolesterin insanın diabet xəstəliyinə yoluxmasına səbəb olur. Lakin, bu piy hüceyrələrində xolesterin orqanizmdə baş verən proses zamanı enerjiyə çevrilməsi diabet xəstəliyinə yoluxma riskini ciddi şəkildə azaldır.

ABŞ-ın "Intermountain Medical Center" kardiologiya institutunun genetik epidemiologiya və kardioboru xəstəlikləri bölməsinin direktoru Benjamin Horn bəyan edib ki, bu tədqiqatın nəticəsi olaraq məlum olur ki, oruc tutmaq ciddi şəkildə diabet xəstəliyinin qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.