Maraqlı

İşığın təsiri altında suyu təmizləyir

26 May 2018 08:05
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin alimləri işığın təsiri altında çirkləndirilmiş suyu təmizləyən yeni material ixtira ediblər. Bu barədə Çin Elmlər Akademiyasının Şanxay Silikat Turşuları İnstitutunun məlumatında deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, materialın əsasını qrafen və titan 4-oksid qatışığı təşkil edir. İnstitutun elmi rəhbəri Xuan Futsyanın sözlərinə görə, qrafen üçölçülü struktur sayəsində çirki özünə çəkir, titan 4-oksidi isə fotokatalizator olmaqla zəhərli orqanik maddələrin fotokimyəvi deqradasiyası prosesini sürətləndirir.

Məlumata görə, institut əməkdaşları bir ay ərzində texnologiyanı Şanxay və Çinin şərqində Anhoy və Tsyansu əyalətləri ərazisində sınaqdan keçiriblər. Sınaqların nəticələrinə görə, çay və göllərdə suyun keyfiyyət göstəriciləri yeni materialla örtülən şəbəkələr yerləşdirildikdən iki həftə sonra xeyli yüksəlib.

Çin alimlərinin texnologiyası artıq sənaye miqyasında istehsal edilməyə başlayıb. Ağır metalların qatılığını effektiv şəkildə azaltmağa imkan verən material sənaye çirkab sularının təmizlənməsi üçün geniş istifadə oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.