Maraqlı

Dünyanın ən bahalı brendi

26 May 2018 08:11
0 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Forbes" jurnalı dünyanın 100 ən bahalı brendindən ibarət növbəti reytinqi tərtib edib. Reytinqdə "Apple" korporasiyası 8 il ardıcıl olaraq liderdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən jurnal "Apple" brendini 182,8 milyard dollar dəyərində qiymətləndirib ki, bu da ötən illə müqayisədə 8% yüksəkdir.

"Google" korporasiyası üçüncü il ardıcıl olaraq reytinqdə ikinci yeri tutub. Bu dəfə internet nəhənginin brendi 132,1 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da illik müqayisədə 30% artım deməkdir. Reytinqin üçüncü pilləsində qərarlaşmış "Microsoft" korporasiyasının brendi 104,9 milyard dollar dəyərində qiymətləndirilib.

İlk beşlikdə, həmçinin "Facebook" və "Amazon" şirkətləri yer alıblar.

Dünyanın 100 ən bahalı brendinin ümumi dəyəri bir ildə 10% yüksələrək 2,15 trilyon dollar təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.