Maraqlı

Qızı üçün Xanım Məsumədən cehiz istəyən arif

27 May 2018 23:20
2 Şərh     Baxış: 2 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayətullah Mərəşşi Nəcəfi nəql edir: "Bir müddət maddi çətinliklərim artmışdı. Qızımı ərə vermək istəyirdim, ancaq ona cehiz verməyə imkanım yox idi. Göz yaşları məni boğurdu və bu halda Həzrət Məsumənin (s.ə) hərəminə getdim. Xanıma (s.ə) xitab edərək, dedim: "Ey seyyidə və mənim mövlam! Niyə mənim həyat vəziyyətimə əhəmiyyət vermirsiniz? Mən necə bu yoxsulluq içində qızımı ərə verəcəyəm?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sonra sınmış qəlblə evimə qayıtdım. Məni yuxu apardı və gördüm ki, kimsə qapımızı döyür. Qapını açdım və bir şəxsi gördüm. Məni görən kimi dedi: "Seyyidə səni çağırır".

Tələsə-tələsə hərəmə getdim və Həzrətin (s.ə) hərəminə çatanda gördüm ki, bir neçə kəniz salonu təmizləməklə məşğuldur. Soruşdum ki, nə olub? Dedilər ki, indi seyyidə gələcəkdir.

Bir müddət sonra Həzrət Məsumə (s.ə) gəldi. Anam Fatiməyə (s.ə) çox bənzəyirdi. Çünki anamı üç dəfə yuxuda görmüşdüm. Onun yanına getdim və hörmətimi bildirdim.

Bu zaman Xanım (s.ə) mənə buyurdu: "Ey Şəhab! Biz nə zaman sənin fikrində olmamışıq ki, bizi günahlandırır və bizdən şikayət edirsən? Sən o zamandan ki, Quma daxil olmusan, bizim nəzər və inatəyimizdə olmusan".

Bu halda yuxudan ayıldım və başa düşdüm ki, Xanıma (s.ə) qarşı ədəbsizlik etmişəm. Üzr istəmək üçün hərəmə getdim və bu hadisədən sonra hacətlərim yerinə yetdi və ruzim artdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.