Maraqlı

Həqiqi Əhli-Beyt (ə) davamçısı kimdir?

27 May 2018 23:45
1 Şərh     Baxış: 2 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Sadiq (ə) buyurur: "Agah ol ki, hər bir şeyin sütunu vardır. İslamın sütunu - Əhli-Beyt (ə) davamçılarıdır.

Agah ol ki, hər bir şeyin başı vardır və İslamın başı - Əhli-beyt (ə) davamçısıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər bir şeyin şərafəti vardır və İslamın şərafəti - Əhli-beyt (ə) davamçısıdır.

Hər bir şeyin ağası vardır və məclislərin ağası - Əhli-beyt (ə) davamçılarının məclisidir.

Agah olun ki, hər bir şeyin rəhbəri və imamı vardır, yerin imamı o diyardır ki, Əhli-Beyt (ə) davamçısı orada sakin olar.

Allaha and olsun ki, əgər siz yerdə olmasaydınız, yerdə bitki bitməzdi.

Allaha and olsun ki, əgər siz yer üzərində olmasaydınız, Allah sizin müxaliflərə nemət verməzdi və xoşluqları əldə etməzdilər. Nə dünyada və nə də axirətdə bəhrələri olmazdı".

Əmirəl-möminin (ə) buyurur: "İki sifəti imtahan edin, əgər bu iki sifətə malik olsalar, deməli Əhli-Beyt (ə) davamçısıdırlar: namaza əvvəl vaxtda əhəmiyyət vermək, din qardaşlarına malla dəstək olmaq. Əgər bu ikisi onlarda olmasa - bizdən uzaqdırlar, uzaqdırlar, uzaqdırlar".

İmam Baqir (ə) buyurur: "Allaha and olsun bizim davamçımız deyil, məgər o kəs ki, təqvaya malikdir. Ancaq Allaha itaət edər. Ey Cabir! Onları tanımazsan, məgər təvazökarlıq, mütilik, əmanətdarlıq, Allahı çoxlu yada salmaq, oruc tutmaq, namaz, ata və anasına yaxşılıq etmək, gözəl əxlaqa malik olmaq, qonşuya hörmət, yoxsullara, yolda qalmışlara, yetimlərə diqqət, düz danışmaq, Quran oxumaq, nəfsinə hakim olmaq, insanlara əziyyət verməkdən çəkinmək, həyatlarında əmin və düzgün olmaq yolu ilə".

Həzrət İmam Baqir (ə) başqa yerdə buyurur: "O kəs ki, Allaha müti olar - o, bizim dostumuzdur. O kəs ki, Allahın göstərişlərinə qarşı üsyankar olar - o, bizim düşmənimizdir. Bizim dostluq və vilayətimizə ancaq əməl və təqva yolu ilə çatmaq olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.