Maraqlı

Milyarder Abramoviç İsrailə köçür - FOTO

25 May 2018 13:30
0 Şərh     Baxış: 1 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın ən zəngin iş adamlarından biri, "Çelsi" futbol klubunun sahibi Roman Abramoviç İsraildədir.

Milli.Az Israel Hayom-f istinadən bildirir ki, 51 yaşlı milyarder İsrail vətəndaşlığı almaq niyyətindədir.

R.Abramoviçi bu qərara sövq edən səbəb onun Britaniya vizasının müddətinin uzaldılması ilə bağlı yaranmış çətinliklərdir.

Abramoviç hazırda Təl-Əvivin nüfuzlu və məşhur Neve-Sedek səmtində böyük malikanə tikdirir.

2015-ci ildə isə o, Neve-Sedekdə 25 milyon dollara "Versano" oteli və otelin ətrafındakı 1500 kvadrat metrlik ərazini satın almışdı.

Daha sonra o, İsraildə 4 startap şirkətini satın alıb.

10,8 milyard dollarlıq varidata malik R.Abramoviç İsveçrənin Vale kantonunda yaşamaq istəyirdi və İsveçrədə yaşam izni almaq niyyətində idi. Lakin İsveçrənin hakimiyyət dairələri Abramoviçə rədd cavabı veriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.