Maraqlı

Xoşbəxt olmağın 5 asan yolu: Keçmişi unudun, nəticə çıxarmağı bacarın...

24 May 2018 23:18
4 Şərh     Baxış: 3 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zahirən baxdıqda xoşbəxt görünürsünüz, amma əslində kefiniz yoxdur və bunun səbəbini heç özünüz də bilmirsiniz?

Milli.Az axşam.az-a istinadən xoşbəxt ola bilməniz üçün 5 asan yolu təqdim edir:

Özünüzdən şübhə etməyin - Nəsə edərkən "Bacarmaram" deyə özünüzə şübhə etməyin. O zaman özünüzə güvən azalar, istəyinizə nail ola bilmərsiniz.

Yanlış insanla birlikdə olduğunuzu etiraf edin - Sizə qarşı kobud hərəkətini gördüyünüz insanı özünüzdən uzaqlaşdırın. Çünki fərqinə varmadan həmin insan sizin xoşbəxtliyinizi əlinizdən ala bilər.

Keçmişə bağlı qalmayın - Həyat elə bir şeydir ki, hər kəsin başına yaxşı və pis hadisələr gələ bilər. Sizin də keçmişiniz ola bilər. Amma eşq acısı, xəyal qırıqlığı, uğursuzluqlar və keçmişdə baş verən bütün utanc hərəkətləri unudun. Yalnız həmin hadisələrin sizə nə öyrətdiyini düşünün.

Başqalarının haqqınızda nə düşündüyü və söylədiklərinə əhəmiyyət verməyin - Dünyanın ən yaxşı insanı da olsanız, arxanızca danışacaqlar. Ona görə də atacağınız addımları yalnız öz hisslərinə görə atın. Əgər nəsə sizi xoşbəxt edirsə, başqalarına görə geri çəkilməyin.

Narahat olmaqdan vaz keçin - Etdiyiniz iş ürəyinizcə olmaya bilər. Ona görə narahat olmayın. Guya, narahat olanda işiniz alınır ki?! Boşuna narahatlıq xoşbəxtliyinizi əlinizdən ala bilər və gözünüzün qarşısındakıları da görməyə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.