Maraqlı

İsrail Eurovision mahnısının parodiyasından şikayət edib - VİDEO

24 May 2018 23:25
0 Şərh     Baxış: 2 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollandiyadakı İsrail səfirliyi İsrailin bu il Eurovision mahnı müsabiqəsində qələbə qazanan mahnısının parodiya edilməsi, mahnıda İsrail siyasətçilərinin tənqid edilməsi, həmçinin anti-semitizm ittihamlarının irəli sürülməsi ilə əlaqədar şikayət edib.

Netta Barzilai-nin "Toy" mahnısına parodiya səhnəciyi şənbə günü satirik televiziya verilişində yayımlanıb.

Parodiyada İsrail qüvvələri tərəfindən 60 fələstinlinin öldürüldüyü Qəzza sərhədindəki zorakılıq əks olunub.

Televiziya verilişinin prodüserləri mahnının yəhudi icmasının hədəfləmədiyini deyir.

Sanne Wallis de Vries-in verilişində mahnını Martine Sandifort ifa edib. Mahnı orijinal ifaçı Netta-nın stilində toyuq səsləri ilə başlayır. Daha sonra fonda İsrail qüvvələrinə qarşı Fələstin etirazlarını əhatə edən görüntülər istifadə olunur.

Sandifort "ABŞ prezidenti Donald Trump-ın belə xəyal edəcəyi İsrail divarlarından", sonra isə ABŞ-ın Qüdsdəki səfirliyindən pul qazanmaqdan bəhs edir.

Daha sonra orijinal mahnının toyuq səsləri pulla əlaqəli istinadlarla əvəzlənir.

İsrailin səfiri Aviv Shir-On Holland qəzeti NRC-yə verdiyi müsahibədə mahnının məzmununu "kobud və təhqiramiz" adlandırıb.

O, verilişin "anti-semitik stereotipləri zarafat kimi təqdim etdiyini" söyləyib.

Presentational grey line

Holland TV-də yayımlanan "Toy" mahnısına parodiyanın sözləri:

Mənə baxın, necə şirin ölkəyəm.

Dünya rəhbərləri itaətkar şəkildə əlimdən yeyirlər. Bütün alovları öpüşlə söndürürəm.

Şənlik var, gəlmək istəyirsiniz? Tezliklə boş qalacaq al-Aqsa məscidində.

Hayfadan Ölü dənizə qədər atəşfəşanlıq və koşer satay (yemək) var. Ona görə gəl və mənimlə rəqs et.

Ölkəniz daş atanlarla əhatə olunubmu? Trump-ın belə yaş xəyallarını qura biləcəyi divarlar tik.

Buk-a-buk atın, buk raketi atın.

Nə gözəl bomba atıram baxın.

Bəli, yenə də İsrail qazanır, 70 ildir ki, bu şənlik davam edir. Necə gözəldir, baxın.

Presentational grey line

Tənqidçilər deyirlər ki, parodiya yəhudiləri pulla əlaqələndirərək ənənəvi anti-yəhudi önyarğısına səbəb olur.

Şənbə günü ictimai yayımçı NPO1-də nümayiş etdirilən verilişi təxminən 800.000 adamın izlədiyi deyilir.

İsrailin İnformasiya və Sənədlər Mərkəzindən Hannah Luden mahnını "həqiqətən zəhərli" adlandırıb.

Verilişin aparıcısı Sanne Wallis de Vries şərh verməkdən imtina edib. Verilişin yayım qrupu BNN Vara isə mahnının "anti-semitik önyarğılara" istinad etmədiyini bildirib.

"Təqlid İsrailin siyasətini müzakirəyə çıxarır və qətiyyən yahudi icmasına qarşı iddianamə deyil", qrup bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.