Maraqlı

Çiyələk bu təhlükəli xəstəliyə qalib gəlir

24 May 2018 23:35
0 Şərh     Baxış: 3 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya alimləri araşdırma zamanı aşkar ediblər ki, çiyələyin istehlakı onkoloji xəstəliklərin inkişafının qarşısını alır.

Bu xüsusilə qadınlarda süd vəzi xərçənginə aiddir. Süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış xərçəng növüdür.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər siçanlar üzərində eksperimentlər aparıb. 5 həftə ərzində siçanlara çiyələk verilirdi. Bu müddətdən sonra məlum olub ki, iri şişlər kişilib, kiçik şişlər isə yox olub.

Alimlərin fikrinə görə, sevimli giləmeyvə metastazların inkişafına səbəb olan genlərin aktivliyini azaltmaq xüsusiyyətə malikdir.

Bundan əvəl aparılmış araşdırmalar göstərib ki, çiyələk damarları möhkəmləndirir və qanda xolesterinin səviyyəsini aşağı salır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.