Maraqlı

Kişi xəstəliklərinin əsas 5 SİMPTOMU

24 May 2018 23:05
0 Şərh     Baxış: 2 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az saglamolun.az-a istinadən sizə kişi xəstəliklərinin ən əsas və xarakterik simptomlarını təqdim edir.

Bu simptomları hər bir kişi bilməli və onlar meydana çıxdıqda vaxt itirmədən həkimə (uroloq və ya androloqa) müraciət etməlidir.

1. Cinsiyyət orqanlarında istənilən dəyişikliklər (şişkinlik, qızartı; səpgilər; vəz, bərkimiş sahələr, genişlənmiş damarların əmələ gəlməsi və s.).

2. Hərəkət, sidik ifrazı, cinsi əlaqə zamanı ağrılar.

3. Sidik ifrazının pozulmaları (tezləşmiş sidik ifrazı - xüsusilə gecə saatlarında; sidik ifrazının çətinləşməsi - sidik axınının zəif, qırıq-qırıq olması, damcı-damcı sidik ifrazı; sidiyi ifraz edə bilməmək və ya əksinə saxlaya bilməmək halları, sidikdə qan).

4. Sidik kanalından (uretra) qeyri-təbii ifrazatlar - iyli, qanlı, irinli, yaşıl və s., spermanın qeyri-ixtiyari axması.  

5. Cinsi zəiflik, müxtəlif ereksiya pozulmaları.      

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.