Maraqlı

"Apple" 8-ci dəfə ən bahalı brend seçilib

24 May 2018 08:03
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ brendi "Apple" dünyanın ən qiymətli brendi seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, brend 8-ci dəfə "Forbes" jurnalının illik reytinqinə başçılıq edir.

Ekspertlər "Apple" brendini 182,8 milyard dollar məbləğində qiymətləndirir, bu da 2017-ci illə müqaisədə 8 faiz çoxdur. Onlar bildirir ki, yalnız bu şirkət smartfonunun pərakəndə satış qiymətini 1 dollar etməklə ilk iki ay ərzində 29 milyon qurğu sata bilər.

İkinci yeri "Google" şirkəti tutub. Bu brendin qiyməti 30 faiz artıb və 132,1 milyar dollar səviyyəsindədir. Reytinqin növbəti 3 pilləsində "Microsoft" (104,8 milyard dollar +21%), "Facebook" (94,8 milyard dollar +29%) və "Amazon" (70,9 milyard dollar +31%) şirkətləri qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.