Maraqlı

Instagram üçün bir yenilik daha: 48 saat bildirişi

24 May 2018 23:45
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son aylarda sosial medyalar üçün bir yenilik eşidirik. Bu səfər YENƏ Instagram üçün bir yenilikdən bəhs edəcik. Facebook daxilində olan bu platforma üçün demək olar ki, 1-2 həftədə başqa başqa yeniliklər çıxır. Bu səfərki isə paylaşılan postlar (paylaşımlar) ilə bağlıdı.

Milli.Az technote.az-a istinadən bildirir ki, artıq istifadəçilər Instagram-da 48 Saat ərzində paylaşılan bütün postlara baxdıqlarında bunu bildiriş şəklində alacaqlar.    

Alqoritmadaki dəyişikliklər səbəbi ilə Instagramda paylaşımlar xronolojik olaraq artıq görünmürdü. Bu səbəbdən istifadəçilər saatlarla bu platformada ola bilirdilər. İndi isə 48 saat ərzində paylaşılan bütün paylaşımları gördüyünüzdə bu sizə bildiriş şəklində göstəriləcək və bunun hesabına 48 saatdan daha əvvəl paylaşılan postlar maraqlı olmadığı təqdirdə sosial şəbəkəni tərk edə biləcəksiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.