Maraqlı

Allah hansı günahları bağışlamaz?

24 May 2018 22:50
0 Şərh     Baxış: 3 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-təala səmimi qəlbdən tövbə edilmiş bütün günahları bağışlayar inşaAllah. Hətta tövbə edilməmiş günahların da bir hissəsi bağışlana bilər və ya başqa savablar həmin günahları silə bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, yalnız Allaha şərik qoşmaq - əgər tövbə edilməsə - bağışlanmaz. Bu barədə Quranda buyurulur: "Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəx­sin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük gü­nah etmiş olur" (Nisa, 48).

Bağışlanmaz günahlardan biri də başqa adamın haqqına təcavüz etmək və ondan halallıq almamaqdır (buna "həqqün-nas" deyirlər). Bu cür günahı bağışlamaq ixtiyarını heç Allah da öz üzərinə götürməz. Yalnız məzlum şəxs halallıq versə, bu günah bağışlanar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.