Maraqlı

Quranda adı çəkilən Talut kimdir?

24 May 2018 21:45
0 Şərh     Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Talut Bəni-İsrail qövmünün hökmdarı, Davud Peyğəmbərin (ə) müasiri və qaynatası olmuşdur. Bibliyada adı "Saul" şəklində verilib. Qurani-Kərimdə 2 dəfə adı çəkilir. Həm xarici görünüş baxımından, həm də imanda və igidlikdə ətrafdakılardan seçilirdi. Bəni-İsrail qövmü Calutun başçılıq etdiyi düşmən qoşununun hücumuna məruz qalanda Allahın əmri ilə Talut onlara hökmdar təyin edildi. Bu zaman uzun müddət itkin hesab edilən və Musa Peyğəmbərdən (ə) yadigar qalan əhd sandığı tapıldı (Bəqərə, 247-248).

Milli.Az islam.az-a istinadən bildirir ki, Talut Bəni-İsrail qövmündən qoşun yığıb döyüşə yollandı. Sayının azlığına baxmayaraq, Bəni-İsrail qoşunu düşmənə qələbə çaldı və azyaşlı Davud (ə) Calutu öldürdü (Bəqərə, 249-251).

Həzrət Davud (ə) böyüyüb Talutun qızı ilə evləndi və Talut vəfat etdikdən sonra onun yerinə keçib hökmdar oldu. Bibliyada Talutun şəxsiyyəti ilə bağlı verilən bəzi məlumatlar İslam mənbələrində öz təsdiqini tapmayıb. İslam mənbələrində Talut ədalətli, mömin bir hökmdar kimi tanınır. Hətta alimlər arasında Talutun peyğəmbər olub-olmaması barədə fikir ayrılığı vardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.