Maraqlı

Polisi şoka salan görüntü: Ruh müşahidə kamerasına düşdü - VİDEO

24 May 2018 23:15
2 Şərh     Baxış: 3 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiyanın Trstenika şəhərinin dəmir yolu stansiyasında müşahidə kamerası qeyri-adi bir hadisəni lentə alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, videoda stansiyanın dəhlizində ağ siluetin hərəkət etdiyi açıq-aşkar görünür.

Müşahidə kamerasının qeydə aldığı görüntülərə bir xanımın polisə şikayətindən sonra baxılıb. Həmin xanım yolda hərəkət edərkən işıq dirəklərinin birindən digərinə tullanan anlaşılmaz obyekt görüb. Polislər kamera görüntülərini izləyərkən gördüklərindən dəhşətə gəliblər. Videoda dəhlizdə o yan-bu yana gedib-gələn ağ siluet aydın şəkildə görünür. Şikayətçi qadın da həmin dəhlizdən keçib.  

Video ruhları izləyən "The Hidden Underbelly" adlı "YouTube" kanalında yerləşdirilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Polisi şoka salan görüntü: Ruh müşahidə kamerasına düşdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.