Maraqlı

Gürcüstanda mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək

24 May 2018 22:15
0 Şərh     Baxış: 1 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan vətəndaşları mobil telefonlarının SİM-kartlarına şəxsi identifikasiya məlumatlarını yükləyərək bundan istifadə etmək imkanı qazanacaqlar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Dövlət Xidmətlərinin İnkişafı Agentliyi proqram təminatı sistemi və ona texniki dəstək xidmətlərinin satın almaq üçün elektron tender elan edib. Layihənin dəyəri 5,8 milyon laridir. 

Layihə həyata keçirildikdən sonra SİM-kart ID kartların funksiyalarına malik olacaq və oraya vətəndaşın bütün identifikasiya məlumatları yüklənəcək. Vətəndaş öz istəyi ilə elektron imza funksiyasını da aktivləşdirə bilər. Bundan sonra vətəndaşların şəxsiyyət vəsiqəsi gəzdirməsinə ehtiyac qalmayacaq.  

Tenderə təkliflər iyunun 25-nə qədər qəbul  olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.