Maraqlı

"Google" məhkəmə qarşısında: Şirkət "iPhone" sahiblərini izləyir

24 May 2018 08:35
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada "Google" əleyhinə kollektiv məhkəmə iddiası qaldırılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın IT nəhəngi Böyük Britaniyada 4,4 milyon "iPhone" istifadəçisini qanunsuz izləməkdə ittiham olunur.  

İddia istehlakçı bazarını araşdıran "Which?" şirkətinin sabiq direktoru Riçard Lloyd tərəfindən məhkəməyə təqdim edilib.

İddiada bildirilir ki, "Google" 2011-ci ilin avqustundan 2012-ci ilin fevralına qədər "Apple"ın mobil cihazlarında "Safari" brauzerinin konfidensiallığını pozub. Məqsəd insanlara ünvanlı reklamlar göndərmək üçün onların məlumatlarını əldə etmək və kateqoriyalara ayırmaq olub. Şirkət "Safari"də axtarış tarixçəsinə çıxış imkanı verən alqoritmdən yararlanıb. "Google" irq, fiziki forma, siyasi baxışlar, seksual orientasiya, sosial status, maliyyə vəziyyəti, istehlakçı maraqları, geolokasiya kimi məlumatlar əldə edib. 

Tələb olunan təzminat miqdarı 3,2 milyard funt-sterlinq və ya 4,3 milyard dollardır. "Bloomberg" bildirir ki, "Which?" məhkəməni udacağı təqdirdə, hər zərərçəkənə 750 funt-sterlinq vəd edib. Məhkəmə mayın 21-də başlayıb.

"Google"a qarşı analoji ittihamlar 2012-ci ildə ABŞ-da da irəli sürülüb. Şirkət məhkəmə tərəfindən günahkar bilinərək 22,5 milyon dollar cərimələnib. Ümumilikdə "Google"un 39,5 milyon dollar xərci çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.